Niyə özünü aldadırsan?

İnsanlar hansı yalanlarla özlərini aldadırlar?


Şeytan insanları müxtəlif bəhanə, təlqin və hiyləgər dəvətlərlə öz yoluna çəkməyə çalışır. İnsanlara yaradılış məqsədlərini unutduraraq onları dünyəvi mənfəətlərə, müvəqqəti ideallara yönəldir. Əgər insan şeytanın bu çağırışına aldansa və hər şeyi yaradan Rəbbimizin çağırışından üz çevirsə,  o zaman doğrunu görə bilməsi mümkün olmaz. Allah Quranda belə insanların vəziyyətini xəbər vermişdir. “Zuxruf” surəsində mövzu ilə əlaqədar ayələrdə belə buyurulur:

Kim mərhəmətli (Allah`ın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar. Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər. Nəhayət, o, hüzurumuza gəldikdə (yoldaşına) deyər: “Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib (arasındakı) uzaqlıq qədər (məsafə) olaydı. Sən nə pis yoldaş imişsən!” (Onlara deyilər:) “Siz haqsızlıq etdiyinizə görə, bu gün əzaba şərik olmağınız sizə heç bir fayda verməz!” Sənmi karlara eşitdirəcəksən, yaxud korları və aşkar azğınlıq içində olanları doğru yola yönəldəcəksən? (“Zuxruf” surəsi, 36-40)

Yuxarıdakı ayələrdə göründüyü kimi, Allah bu insanları kar və kor olaraq xarakterizə etmişdir. Şübhəsiz, burada bəhs edilən fiziki mənada  karlıq və korluq deyil. Allah bu insanların mənəvi baxımdan kor və kar olduqlarını, doğru yola edilən dəvəti eşitməzlikdən, həqiqətləri görməzlikdən gəldiklərini bildirmişdir. Qısası, bu insanlar ağıl və vicdanlarına tabe olmayaraq Allah`ın əmrlərini və hesab gününü qulaq ardı edir və bu şəkildə xilas ola biləcəklərini zənn edirlər. Halbuki, bu insanlar yalnız özlərini aldadırlar.

Bunu xüsusilə ifadə etməliyik: özlərini aldadan insanlar dünyada azlıq təşkil etmir. Quranda bildirildiyi kimi:

...Lakin onların çoxu əsl həqiqəti bilmir və  üz çevirərlər. (“Ənbiya” surəsi, 24)

Və yenə başqa ayədə deyilir:

... Lakin insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir. (“Rum” surəsi, 8)

Burada bəhs edilən şəxslərdən olmamaq üçün hər kəs bir daha düşünməli və özünü aldadanlardan olmamaq üçün səy göstərməlidir. Çünki dünyada olarkən doğrulara göz yumub özünü aldatmaq, axirətdə insana fayda deyil, böyük zərər verər.



İnsanlar hansı yalanlarla özlərini aldadırlar?

"O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa xəbər veriləcəkdir! Doğrusu, insan özü-özünə şahiddir! O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)! "

~ (Qiyamət surəsi, 13-15) ~