Şeytan insanı boş və mənasız işlərlə məşğul edir
Şeytanın insanları aldatmaq üçün istifadə etdiyi taktikalardan biri də onları boş və mənasız işlərlə məşğul etməsidir. Bunun üçün Allah`ın rizasından uzaq olan işləri insanlara cazibədar göstərir. Şeytanın bu təlqinlərinə qapılan insanlar davamlı olaraq dünyəvi planlar və hədəflərlə məşğul olan insanlara çevrilirlər. Bunlarla əylənərkən Allah`a olan qulluq vəzifələrini, dünyadakı həyatlarının bir gün sona çatacağını və Allah`ın hüzurunda hesab verəcəklərini ağıllarına belə gətirməzlər. Əvvəlki bölmələrdə qeyd edildiyi kimi, daha yüksək mövqe, daha çox pul və sərmayə, daha parlaq gələcək kimi keçici maraqlarla bütün həyatlarını keçirirlər. Halbuki, bir saniyə sonra yaşayacağına zəmanəti olmayan, harada və necə öləcəyini əsla bilməyən insanın belə nəticəsi olmayan planların arxasınca getməsinin böyük qəflət olduğu məlumdur.
Amma insanların böyük əksəriyyəti belə yaşamaq məcburiyyətində olduqlarına özlərini inandırıblar. Özlərini aldadaraq həyatlarını bu cür davam etdirmək yolunu seçirlər. Buna görə, hər biri öz məqsədini dünyanın ən əhəmiyyətli işi hesab edir. Məsələn, katibə üçün müdirinin yığıncaqlarını unutmamaq, şagird üçün dərslərindən daha yüksək qiymət almaq, satıcı üçün o gün daha çox ayaqqabı sata bilmək, iş adamı üçün daha böyük tender qazanmaq, idmançı üçün ən böyük mükafatı almaq, sənətçi üçün diskini daha çox insana dinlədə bilmək, gənc qız üçün ən gözəl paltarı geyinmək, universitet tələbəsi üçün yoldaşları arasında ən mədəni insan olmaq, tərcüməçi üçün ən doğru sözləri istifadə etmək, yazıçı üçün ən ədəbi üslubla kitablar və məqalələr yazmaq dünyanın ən böyük məqsədləridir. Əlbəttə, burada sayılanların istənməsi təbiidir, amma yuxarıda da ifadə edildiyi kimi, bunlar insan üçün həyatdakı ən əhəmiyyətli işlər deyil. İnsanın Allah`ın razılığını qazanmaqdan və cənnətinə layiq qul olmaqdan daha əhəmiyyətli işi ola bilməz.
Əgər insan özünü aldadıb həqiqətləri görməzlikdən gələrək dünyaya aid istəklərinin həyatın yeganə məqsədi olduğunu zənn etsə, gözləmədiyi anda ölümlə qarşılaşdığında böyük peşmançılıq yaşayacaq. O ana qədər özü üçün ən əhəmiyyətli dəyərlərin evi, iş yeri, avtomobili, diplomu, paltarları, dostları, qohumları olduğunu zənn etmişdir. Ancaq bunların nə qədər keçici və dünyadakı imtahan mühitinin bir parçası olduğunu ölüm mələklərini gördüyü anda anlayar. Bir tərəfində sonsuz mükafat yurdu olan cənnət, bir tərəfində isə insanın bədəninə və ruhuna ən şiddətli əzabların yaşadıldığı cəhənnəm olduğu halda, Allah`ın hüzurunda sorğu-sual olunarkən yaşadığı çarəsizlik və peşmançılıq dözülməz dərəcədədir.
O anda ancaq Allah`ın rizası üçün edilən işlər əsasdır. Lakin həmin insan həyatı boyu belə bir şey etməmiş, Allah rizası üçün işləməmişdir. O zaman dünyada həyatını həsr etdiyi, ömrünü sərf etdiyi işlərin heç bir mənası və əhəmiyyəti olmadığını ən açıq şəkildə anlayar. Hərçənd bunlar bilmədiyi şeylər deyil. Qarşısına çıxanların hamısı vicdani olaraq çox yaxşı bildiyi, amma özünü aldadaraq qaçdığı həqiqətlərdir. Allah bu insanların vəziyyətini “...Şeytan əməllərini onlara gözəl göstərib gözləri görə-görə onları haqq yoldan çıxartdı” (“Ənkəbut” surəsi, 38) ayəsində xəbər vermişdir. Yəni bu insanlar həqiqətləri görə biləcəkləri halda, şeytanın təlqinlərinə bilə-bilə uymuş və boş işlərlə həyatlarını keçirmişdilər.
Axirətdə səhv davrandığını qəbul etmənin bu insanlara bir fayda gətirməyəcəyini Allah ayələrində belə bildirir:
Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı və cəhənnəmin gətiriləcəyi gün – məhz o gün insan xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?! O: “Kaş ki, mən əvvəlcədən həyatım üçün (yaxşı əməllər) edəydim!” – deyəcəkdir. O gün (Allah`ın) etdiyi əzabı heç kəs edə bilməz! (Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz! (“Fəcr” surəsi, 22-26)
O halda, siz axirətdə: “Kaş ki”, - deyənlərdən olmamaq üçün həyatınızın əsl məqsədini düşünün və etdiyiniz işlərin bu məqsədə nə qədər xidmət etdiyini bir daha nəzərdən keçirin. Diqqət edin, əsla boş və mənasız işlərlə özünüzü yaxşı işlər görürmüş kimi aldatmayın. Bu, gün ərzində etdiyiniz bütün işlərə, məşğul olduğunuz hər şeyə aiddir. Maddi və mənəvi bir şey üçün çalışdığınızda əsl məqsədiniz Allah`ın rizasını və cənnətini qazanmaq olmalıdır. Əgər bir işdə Allah`ın rizasını görmürsünüzsə və axirətinizə bir fayda verməyəcəyini düşünürsünüzsə, ondan çəkinin. Xeyir və fayda gördüyünüz işlərə yönəlin. Vicdanınızın səsi sizə bunu ayırd etməyi ən doğru şəkildə söyləyəcək. Mütləq vicdanınızın səsini dinləyin və diqqət edin, şeytan dəyərsiz, keçici şeyləri cazibədar edərək sizi də aldatmasın.
Özünü aldatmadan səmimi dindar olmaq
- Din əxlaqını yaşamaq üçün səmimi olmaq lazımdır
- Axirət inancının güclü olması ilə səmimi dindar olmaq mümkündür
- Səmimi insanlar şeytana itaət etməzlər
- Şeytan insanlara bəhanələr təlqin edir
- Şeytan insanı boş və mənasız işlərlə məşğul edir
- Şeytan hiyləli vədlər verir
"O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa xəbər veriləcəkdir! Doğrusu, insan özü-özünə şahiddir! O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)! "
~ (Qiyamət surəsi, 13-15) ~