Niyə özünü aldadırsan?

“Yorğunam, xəstəyəm”, - deyərək Allah`a ibadət etməyənlər


İnsanların din əxlaqını yaşamamaları üçün gətirdikləri  bəhanələrdən biri də fiziki narahatlıqlardır. Məsələn, Allah`a ibadətdə istəksiz olan insan, əslində, xəstə olmadığı halda, “xəstəyəm, yorğunam” kimi bəhanələrlə özünü və ətrafındakıları aldadır və məsuliyyətlərini yerinə yetirmir. Halbuki, unutmamalıdır ki, Allah hər şeyi bilir. İnsanın heç bir hərəkəti, heç bir düşüncəsi Allah`dan gizli qalmaz. Ağlından keçən hər düşüncə, ürəyində hiss etdikləri və şüurlarındakı gizli olanları Allah bilir. Quranda xəbər verildiyi kimi:

…Şübhəsiz Allah ürəklərdə olanları biləndir. (“Ali-İmran” surəsi, 119)

Amma dindən və Quran əxlaqından uzaq insanlar özlərinə Allah`ın razılığını və cənnətini qazanma fürsəti verilmişkən fiziki narahatlıqlarını bəhanə edib ibadətlərini etməz, nəfslərinə tabe olarlar. Bu səmimiyyətsizliklərinin qarşılığını isə axirətdə acı əzab olaraq alarlar. Çünki Allah`ın əmrlərini yerinə yetirməmə haqqında qarşıya qoyduqları bəhanələrdə səmimiyyətsizdirlər. Həqiqətən, fiziki narahatlıqları olsa belə, Quranda bu kimi hallarla əlaqədar bir çox asanlıq tanınmışdır. Məsələn, oruc tutmaq Allah`ın insanlara fərz buyurduğu ibadətlərdən biridir. Dolayısilə, insanlar Allah`ın bu hökmünü yerinə yetirməklə məsuldurlar. İnsanların bu ibadəti yerinə yetirə bilməyəcəkləri halları  isə yenə Allah ayəsində açıq şəkildə bildirmişdir:

(Oruc) sayı müəyyən olan günlərdir. Artıq sizdən kim xəstə və ya səfərdə olsa, tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdır. Oruc tutmağa taqəti olmayanlar isə bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə, həm də fidyə verərsə, bu, onun üçün daha yaxşı olar. Bilsəniz, oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! (“Bəqərə” surəsi, 184)

Bu ayədən göründüyü kimi, Allah səfərdə olanın, xəstənin olduqları vəziyyəti xatırlatmış və onlara oruc ibadətini yerinə yetirmə haqqında asanlıq göstərmişdir. Ayənin davamında da qulları üçün ən xeyirli olana diqqət çəkmişdir. Bir sonrakı ayəsində isə Allah yenə orucla əlaqədar bir asanlıq daha bildirmiş və qulları üçün daim asanlıq dilədiyini xatırlatmışdır:

İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Bu aya  yetişən şəxslər  oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona  şükür edəsiniz. (“Bəqərə” surəsi, 185)

Bu nümunədən də aydın olduğu kimi, Allah`a səmimi olaraq iman edənlər üçün hər zaman asanlıq yolu mövcuddur. Çünki Allah`ın dini çox asandır. Allah insanlara onların din əxlaqını yaşamalarında heç bir çətinlik verməmişdir. Allah insanların hansı şeylərdə çətinlik çəkəcəyini, hansı yükü qaldıra bilməyəcəyini ən yaxşı biləndir. Allah Quranda heç kimə gücü yetdiyindən artıq yük yükləməyəcəyini bildirmişdir:

Allah istər ki, üzərinizdə olanı yüngülləşdirsin: (Çünki) insan zəif olaraq yaradılmışdır. (“Nisa” surəsi, 28)
Heç kimə gücü çatmayan işi yükləmərik; əlimizdə haqqı söyləməkdə olan bir kitab vardır və onlara zülm olunmaz. (“Muminun” surəsi, 62)

İnsanların çoxu isə Allah`ın mərhəmətinə və lütfünə qarşılıq çox nankor olurlar. Dünyaya olan həvəs və bağlılıqlarına görə, ibadətlərini yerinə yetirməmək üçün davamlı olaraq başqa şərtləri bəhanə kimi irəli sürürlər. Əlbəttə, bunu etməklə yalnız özlərini aldadırlar. Çünki Quranda bildirildiyi kimi, Allah heç bir şeyə ehtiyacı olmayandır:

Əgər inkar edəcək olsanız, şübhəsiz, Allah sizə əsla möhtac deyildir. Amma bəndələrinin küfr etməsi Ona xoş getməz. Əgər şükür etsəniz, sizin bu şükürünüz Ona xoş gələr. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra Rəbbinizin hüzuruna qayıdacaqsınız. O, sizə nə etdiklərinizi xəbər verəcəkdir. Həqiqətən, Allah ürəklərdə olanları biləndir! (“Zumər” surəsi, 7)

Diqqət edin! Siz də Allah`a qulluq etməkdə bəhanələr irəli sürməyin. Əsla belə bir səmimiyyətsizliyə yaxınlaşmayın. Unutmayın, insan səmimiyyətsiz bəhanəni ağlından keçirərkən belə Allah bunu bilir. Siz bununla özünüzü aldadıb əyləndirərkən bir anda ölüm mələklərini yanınızda görsəniz, nə qədər çox istəsəniz də, Allah`a ibadət etmək üçün bir daha əsla geri qaytarılmazsınız. Allah Quranda dünyada sağlam ikən ibadət etməkdən qaçan insanların hesab günü qarşılaşacaqları peşmançılığı və hiss edəcəkləri qorxunu belə bildirir:

Ayağın üstündən (örtünün) açılacağı və onların səcdəyə çağırılacaqları gün, artıq güc çatdıra bilməzlər. Gözləri qorxudan və dəhşətdən bərəlmiş, özlərini də zillət qucaqlayıb-əhatə etmiş olacaq. Halbuki, onlar, sapsağlam ikən səcdəyə dəvət edilərdilər. (“Qələm” surəsi, 42-43)


İnsanlar hansı yalanlarla özlərini aldadırlar?

"O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa xəbər veriləcəkdir! Doğrusu, insan özü-özünə şahiddir! O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)! "

~ (Qiyamət surəsi, 13-15) ~