Niyə özünü aldadırsan?

Şeytan insanlara bəhanələr təlqin edir


Şeytan insanları Allah`ın yolundan azdırmaq, Allah`ın əmr etdiyi ibadətləri yerinə yetirmələrinə və Quranda bildirilən üstün əxlaqı yaşamalarına mane olmaq üçün yollar axtarır. Bu yollardan biri də insanların yerinə yetirmədikləri ibadətlərlə əlaqədar müxtəlif bəhanələr uydurmalarını təmin etməkdir. Yəni şeytan insanı yanlış yola apararkən bəhanələrini də onunla birlikdə gətirir. Məsələn, Allah`a ibadət etməli lazım olduğunu bilən gənc insana qarşısında daha çox uzun illər olduğu, gələcəkdə bu məsuliyyətlərini tam olaraq yerinə yetirəcəyi, amma indi buna vaxtının olmadığı, şəraitin də əlverişli olmadığı, bütün gün məktəbdə və ya işdə olduğu, bundan əlavə, yoldaşlarının da bunu bəyənməyəcəyi kimi onlarla bəhanə təlqin edir. Əgər insan səmimi və güclü imana sahib deyilsə, şeytanın bu təlqinlərinə aldanır. Amma şeytan bununla da kifayətlənməyərək insanı rahat buraxmaz. Daha əvvəl də ifadə edildiyi kimi, həmin insan cəhənnəmə girənə qədər rahat olmaz. Bir tərəfdən də insana davamlı olaraq etdiklərinin məqbul olduğunu, bu şəkildə hərəkət etməkdə haqlı olduğunu təlqin edir. Sonunda həmin insan Allah`a qulluq vəzifələrini yerinə yetirməyən, bunda haqlı səbəbləri olduğunu zənn edən, hətta bu mövzuda çox sabit fikirli insan halına gəlir.

Halbuki, daha əvvəl də xatırladıldığı kimi, hər insan özünü yaratmış olan Allah`a qulluq etməsinin lazım olduğunu vicdani olaraq çox yaxşı bilir. Ancaq şeytanın özünə təlqin etdiyi səbəblərlə özünü bu an üçün hazır olmadığına inandırmışdır. Bir başqa ifadə ilə desək, etməli olduqlarını vicdani olaraq bilməsinə baxmayaraq, müxtəlif səbəblərlə özünü aldatmış və özünü səhv olana inandırmışdır.

Allah Quranda şeytanın təlqinləri ilə səmimiyyətdən uzaqlaşan bu insanlara dair bir çox nümunə vermişdir. Bu nümunələrdən bəziləri Peyğəmbərimizin (s.ə.v) dövründə yaşayan və imani zəiflik içində olan insanlardan verilmişdir. Peyğəmbərimiz (s.ə.v) də möminləri Qurandakı əmrlər istiqamətində haqq uğrunda mübarizəyə təşviq etmişdir. Lakin Allah`ın ayələrdə xarakterizə etdiyi kimi, qəlbində xəstəlik olan insanlar döyüşə  çıxmamaq üçün müxtəlif bəhanələr uydurmuşdular. Bu vəziyyət ayələrdə belə bildirilir:

 Və münafiqləri onlardan fərqləndirsin. Onlara: “Gəlin Allah yolunda vuruşun, yaxud müdafiədə bulunun!”  – deyildi. Onlar: “Əgər biz vuruşa bilsəydik, sizin ardınızca gələrdik”, – deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dilləri ilə deyirlər. Halbuki, Allah onların gizlətdiklərini çox yaxşı bilir! (“Ali-İmran” surəsi, 167)

Bu insanların şeytanın təsirinə düşdükləri aydındır. Çünki onlar şəxsən Peyğəmbərimizin (s.ə.v) təbliğinə şahid olmuş, Allah`ın dinini yaxşı bilən insanlardır. Amma həqiqəti bilmələrinə, hətta ibadətlərdən bir qismini o günə qədər yerinə yetirmələrinə baxmayaraq, dünyaya olan bağlılıqları səbəbindən şeytanın bu tələsinə düşmüşlər. Allah`ın ayədə bildirdiyi kimi, müsəlmanları qorumağı lazım olduğunu çox yaxşı bilmələrinə baxmayaraq, bilmədiklərini söyləyərək özlərini və möminləri də guya aldatmağa çalışıblar. Bu insanların bir hissəsi də Peyğəmbərimizə: (s.ə.v) “Mal-dövlətimiz və ailələrimiz başımızı qatdı. (Allah`dan) bizim bağışlamağımızı dilə”,  - deyərək qaçmağa çalışıblar (“Fəth”surəsi, 11). Bu ifadələr şeytanın təsiri ilə deyilmiş ifadələrdir. Bütün müsəlmanların canı təhlükə altında ikən insanın özünü düşünməsinin nə qədər böyük vicdansızlıq olduğu məlumdur.

İnsanlar Allah`ın əmrlərinə tabe olmaq və razılığını qazanmaq üçün nə edəcəklərini çox yaxşı bilirlər. Belə ki, səmimi olmadıqlarını bildikləri üçün  Peyğəmbərimizə (s.ə.v) özləri üçün bağışlanma diləməsini söyləyərək vicdanlarını  rahatlatmağa çalışıblar. Vicdansızlıq etmələrinə baxmayaraq, söylədikləri yalanlara özlərini elə inandırmışdılar ki, sonunda buna sevinəcək vəziyyətə düşmüşdülər. Allah bir ayəsində ibadətlərdən geri qaldıqları üçün sevinən səmimiyyətsiz insanların vəziyyətinə belə diqqət çəkmişdir:

Arxada qalanlar Allah`ın Rəsuluna qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (möminlərə): “Bu istidə döyüşə çıxmayın!” – dedilər. De: “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər! (“Tövbə” surəsi, 81)

Peyğəmbərimizin (s.ə.v) dövründəki şərtlərə və mühitə görə insanlara bu bəhanələri təlqin edərək onları aldadan şeytan, əlbəttə, bu gün yaşayan insanları daha fərqli təlqin və bəhanələrlə aldatmağa çalışır. Çünki şeytan dünyadakı imtahanın tələbi olaraq insanların bütün zəifliklərindən xəbərdardır. Hər şəraitə, hər mühitə görə fərqli planlar hazırlaya bilər. Qarşısındakı insanlar alimlər, professorlar, liderlər, sənətçilər, qısası mədəni səviyyəsindən tutmuş hər cür  maddi imkana sahib olan insanlar ola bilər. Şeytan bu insanların hamısına hansı yollardan yaxınlaşacağını bilir.

Şeytanın davamlı olaraq fürsət axtarmasına baxmayaraq, təsir edə bilmədiyi yeganə insanlar Allah`ın Quranda bildirdiyi kimi, saleh müsəlmanlardır. Çünki əvvəldə də ifadə edildiyi kimi, möminlər Allah`dan qorxduqları və cəhənnəmdən şiddətlə çəkindikləri üçün şeytanın hər cür hiyləsinə  qarşı diqqətlidirlər. Bundan əlavə, Allah`a olan imanları səbəbindən çox güclü ağıla, vicdan və iradəyə sahibdirlər.

Şeytanın bura qədər izah edilən taktikaları, təlqinləri bütün insanlara aiddir. Yəni siz də şeytanın bu hiyləgər təlqinlərinə məruz qalma ehtimalı olan insansınız. Əgər səmimi imana sahibsinizsə, əsla bu həqiqətləri bilə-bilə şeytanın tələsinə düşməyin. Unutmayın, şeytan sizi də özü ilə birlikdə cəhənnəmə sürükləmək üçün pusquda gözləyir, sizin üçün planlar hazırlayır. Fürsət tapan kimi hiyləgərcəsinə hərəkətə keçəcək. Şeytana bu fürsəti verməyin. Sizi Allah`ın yolundan azdırmaq, Ona qulluq və dua etmənizə mane olmaq üçün müxtəlif bəhanə pıçıldayacaq. Üstəlik, bunları son dərəcə məqbul və məntiqli göstərməyə  çalışacaq. Beləliklə, özünüzü aldadaraq razı salmağınızı təmin etməyə çalışacaq. Halbuki, siz vicdanınız sayəsində bunların hamısını rahatca anlaya bilər, iradənizdən istifadə edərək şeytanın təsirini özünüzdən asanlıqla uzaqlaşdıra bilərsiniz. Bu dünyada sizin üçün heç bir şey cəhənnəmdən xilas olmaqdan daha əhəmiyyətli və təcili ola bilməz. O halda, şeytanın bəhanələrini mənimsəyərək özünüzü aldatmağa çalışmayın. Çünki din günü heç bir bəhanə etibarlı olmayacaq, hətta ayədə bildirildiyi kimi, insanların bəhanələrini saymağa da icazə verilməyəcək.

Həqiqət budur, diqqət edin! Əsla Allah`ın dinini yaşamaq üçün bəhanələr uydurub özünüzü aldatmayın.



Özünü aldatmadan səmimi dindar olmaq

"O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa xəbər veriləcəkdir! Doğrusu, insan özü-özünə şahiddir! O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)! "

~ (Qiyamət surəsi, 13-15) ~